Tofiq Yaqubluya qan köçürülüb

Oxunma sayı: 322
16-09-2020, 15:23

Tofiq Yaqubluya qan köçürülüb

Müsavat Partiyasının həbsdə olan fəalı Tofiq Yaqubluya qan köçürülüb.

Arasdırma.info “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında həkim Adil Qeybulla deyib.

Onun sözlərinə görə, 15 gündür aclıq aksiyası keçirməsi nəticəsində T.Yaqublunun həm çəkisində, həm də qan göstəricilərində dəyişiklik var:

“Qan göstəricilərinin aşağı düşməsi tendensiyası müşahidə edildiyinə görə, məcburən müəyyən tədbirlər gördük. Ona qan və plazma köçürülməsindən sonra vəziyyətini ümumi stabil saymaq olar”.

A.Qeybulla əlavə edib ki, T.Yaqublunun huşu özündədir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmədən bildirilib ki, şikayət sabah - sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək.

T.Yaqublu artıq 15 gündür aclıq etdiyini açıqlayıb. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Paylaş
Xəbər lentİ