Balaxanıdan sonra Bibiheybət də trend oldu — FOTO

Oxunma sayı: 337
18-09-2020, 14:05

Balaxanıdan sonra Bibiheybət də trend oldu — FOTO
Balaxanıdan sonra Səbail rayonunun inzibati ərazisində olan Bibiheybət qəsəbəsində də abadlıq işləri görülür.
Arasdırma.info xəbər verir ki, “unikal.org”un əməkdaşı abadlıq işlərini yaxından izləmək üçün sözügedən qəsəbəyə yollanıb.

Qədim tarixi olan Bibiheybətdə görülən yenidənqurma işləri maraqla qarşılanıb və vizual görünüşündə edilmiş dəyişikliklər sözün əsl mənasında göz oxşayır.

Tarixi qəsəbəyə rəng qatmaq üçün qapı pəncərələr al-əlvan rənglərə boyanır, dalanlara qəmbər daşlar döşənir, tarixi əsrlik yaşı olan binaların fasadları yenilənir.

Küçə uzunu binaların divarlarına fərqli freska və qrafiti nümunələri çəkilib. Xüsusi arxitektur görünüş qazanmış dalanlar rəngarəng dibçək gülləri ilə bəzədilib.

Paylaş
Xəbər lentİ