Azərbaycann ziyalısı.

Oxunma sayı: 537
27-11-2020, 05:04

Azərbaycann ziyalısı.


Media Arasdırma Mərkəzi tərəfindən uğurlu fəaliyyəti və cəmiyyətdə tutduğu mövqeyə görə Şeydayev Bəhram Şeyda oğlu"Azərbaycan ziyalısı"adına layiq görülüb.
Xatırladırıq ki,Bəhram Şeydayev 1954-cü ildə Quba rayonunda anadan olub.Hazırda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının rəhbəridir.Ağsaqqallar Şurasının və Ziyalılar Cəmiyyətinin üzvüdür.Təşkilatın ümumilikdə 70 minə yaxın üzvü var.Onu da qeyd etmək lazımdır ki,bu təşkilat 2001-ci ildə Ulu Ömdər Heydər Əliyevin xeyir duası ilə yaranıb və yarandığı gündən indiyə kimi böyük uğurlara imza atıb.Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinin sosial və məişət problemlərinin həlli,eləcə də vətənpərvərlik ruhunun aşılanması istiqamətində çox böyük işlər görülür.Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə müxtəlif tədbirlərdə adı çəkilən qurumun üzvləri yaxından iştirak edir , dövləti və dövlətçiliyi qorumaq və təbliğ etmək istiqamətində işlər görülür.Təşkilatın çağırışı ilə 2-ci Vətən Müharibəsinə könüllü yazılanların sayı hesabı olmayıb.Qələbə əzmində olan könüllülər döyüşlərdə çücaət göstərərək və torpaqlarımızın alınmasında qəhrəmanlıqlar göstəriblər.
Bəhram Şeydayevi bu münasibətlə təbrik edirik və bu işdə uğurlar və nailiyyətlər arzu edirik.

Paylaş
Xəbər lentİ