Dilavər Əzimlinin vəziyyəti bu gün günorta pisləşib - İş yoldaşı/Yeni

Oxunma sayı: 299
6-01-2021, 13:33

Dilavər Əzimlinin vəziyyəti bu gün günorta pisləşib - İş yoldaşı/Yeni
Dilavər Əzimli 4 gün əvvəl özündə COVID əlamətləri hiss etdiyini dedi. Analiz verdi, nəticəsi pozitiv çıxdı. Fövqəladə Hallar Nazirliyinin (FHN) modul tipli xəstəxanasına yerləşdirildi.

Bunu Teleqraf.com-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Alı Balayev deyib.

Onun sözlərinə görə, Dilavər Əzimlinin bu gün günorta radələrində vəziyyəti ağırlaşıb:

"2-3 gün idi vəziyyəti yaxşı idi. Bazar günü votsap vasitəsilə əlaqə yaratdım, özünü yaxşı hiss etdiyini dedi. Bu gün günorta vəziyyəti ağırlaşdı, reanimasiya şöbəsinə keçirilib, süni tənəffüs da aparatına qoşulub. Ondan sonra xəbər ala bilmirik. Həyat yoldaşı da mütəmadi olaraq həkimlərlə danışır, amma ürək açan bir xəbər yoxdur. Yanaşı xəstəliyi yox idi. Hesab edirik ki, yaşı ilə əlaqədar risk qrupu hesab olunduğu üçün vəziyyəti ağırdır".

***

15:18

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin vəziyyəti pisləşib.

Arasdırma.info xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan D.Əzimli Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirilib.

Bu barədə onun xanımı Arzu Əzimli məlumat verib:

“Xəstəxanaya yerləşdirəndə bizə qanında oksigen dərəcəsinin normal olduğunu, xəstənin gecikmədən, vaxtında gəldiyini dedilər. Amma xəstəxanada vəziyyəti pisləşməyə başladı”.

Yanvarın 3-ü gecə həyat yoldaşına zəng gəlib ki, Dilavər Əzimlinin vəziyyəti ağırlaşıb:


“Dedilər ki, oksigen aparatına qoşublar və artıq telefonla mənimlə danışa bilməyəcək. Həmin gün günortadan sonra bildik ki, onu artıq reanimasiyaya köçürüblər. Dünəndən etibarən isə vəziyyəti daha da ağırlaşıb, süni nəfəs aparatına qoşublar”.

Arzu Əzimli həkimin nəzarəti altında xəstəxanaya yerləşdirildiyi halda, alimin vəziyyətinin qəfildən pisləşməsini anlamadığını da bildirib:

“Əgər onu vaxtında müalicə ediblərsə, vəziyyəti niyə ağırlaşmalıdır? Üstəlik, onun şəkər və digər ağır xəstəlikləri də yox idi. Ona görə də daha çox daimi nəzarət olmamasından narahatam”.

FHN-dən bildiriblər ki, xəstə diqqətsiz qala bilməz: “Həmin hospitalda vəziyyət yaxşıdır. Xəstələri diqqətdə saxlayır və hər cür müayinə və müalicə edirlər. Ona görə də narahat olmağa ehtiyac yoxdur”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevə D.Əzimlinin həyat yoldaşı ilə əlaqə saxladığını deyib, məsələ ilə xüsusi məşğul olmaları üçün həkimlərdən xahiş etdiyini bildirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da alimin vəziyyətini diqqətdə saxlayacağını qeyd edib://teleqraf

“Dilavər bəy tanınmış ziyalımızdır. Xəstəxanın baş həkimindən xahiş edəcəm ki, onu xüsusi diqqətdə saxlasınlar”.

Paylaş
Xəbər lentİ