Atmosferdəki karbondioksid nisbəti rekord seviyyəyə çatıb

Oxunma sayı: 291
6-01-2021, 19:37

Atmosferdəki karbondioksid nisbəti rekord seviyyəyə çatıb
Atmosferdəki karbondioksid nisbəti 1880-ci ilə müqayisədə 43% artaraq rekord səviyyəyə çatıb.

Atmosferdəki istixana efekti yaradan qazların artımına İnsan fəaliyyətləri, qalıq yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakdakı artım əsas səbəblər kimi göstərilib.

Pandemiya dövründə vaxt aşırı aktivliyin azalması karbondioksid nisbətinin sürətini qismən azaltsa da, artım sürətinə mane ola bilməyib.

Milli Okean və Atmosfer İdarəsinin (NOAA) məlumatlarına görə istixana efekti yaradan əsas qazlardan biri olan karbondioksid dəyərləri 1880-ci ildə təxminən 291 ppm idi, bu dəyər 2020-ci ildə 43% artaraq 415 ppm-ə çatıb.//TRT

Paylaş
Xəbər lentİ