Cavid Qurbanov şəhərin mərkəzində ödənişli parkinq yaratdı - FOTO

Oxunma sayı: 259
7-01-2021, 17:29

Cavid Qurbanov şəhərin mərkəzində ödənişli parkinq yaratdı - FOTO
Bakıda müasir standartlara uyğun yeni avtomobil dayanacağı yaradılır.

Arasdırma.infonun məlumatına görə, sözügedən dayanacaq Puşkin küçəsində, Dövlət Dəmir Yol Xəstəxanasının qarşısında yerləşəcək.

Bu günə kimi həmin ərazi boş olduğundan parkinq kimi istifadə olunub, ancaq hansı qurumun balansında olduğu bəlli deyildi.

Hazırda isə Azərbaycan Dəmir Yolları QSC tərəfindən ərazi abadlaşdırılıb, avtomobillərin dayanması üçün yerdə xətlənmə işləri görülüb. Meydan xüsusi vasitələrlə əhatəyə alınıb və bir giriş-çıxış qoyulub.

Qurumun əməkdaşları bildiriblər ki, ərazidə avtomobil saxlamaq üçün qiymət digər dayancaqlarda olduğu kimi hesablanacaq.//Trend

Paylaş
Xəbər lentİ