Azərbaycanda güclü zəlzələ ehtimalı var? - "Türkiyədə olan kimi..." - Qurban Yetirmişli

Oxunma sayı: 267
8-01-2021, 17:31

Azərbaycanda güclü zəlzələ ehtimalı var? - "Türkiyədə olan kimi..." - Qurban Yetirmişli
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83-ə çatıb.

Təbii fəlakət zamanı 962 nəfər yaralanıb, onlardan 743-ü tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hər il müxtəlif ölkələrdə baş verən, ciddi dağıntılara səbəb olan güclü zəlzələlər baş verir.

Maraqlıdır, Azərbaycanda tarixən hansı güclü zəlzələlər baş verib? Ölkə ərazisində gələcəkdə ciddi dağıntılara səbəb olacaq güclü zəlzələ gözlənilirmi?

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Cebhe.info-ya açıqlamasında bildirib ki, tarixən də Azərbaycanda güclü zəlzələlər olub:

“2012-ci ildə Zaqatalada, həmin ilin oktyabr ayında Balakəndə, 2000-ci ildə Bakıda güclü zəlzələlər olub. Keçən il, 2019-cu ildə Şamaxı-Ağsu zonasında da zəlzələ baş verib. Nəticədə məktəblər, evlər dağılıb. Azərbaycanda ən sonuncu güclü zəlzələ Şamaxıda olub. Tarixən də baxanda Azərbaycanda ən güclü zəlzələlər olub. Keçən əsrin əvvəli 1902-ci ildə də güclü zəlzələ olub”.

Ekspert qeyd edib ki, Azərbaycanda hər gün insanların hiss etmədiyi zəlzələlər olub:

“Zəlzələ hər gün olur. Elə bir gün olmur ki, 10, 15, 20, 30 xırda təkanlar olmasın. Bunların hamısı cihazlar vasitəsilə qeydə alınır. İnsanlar bu zəlzələləri hiss etmirlər. İlin əvvəlindən götürəndə 16 hiss edilən zəlzələ olub, amma onların da dağıdıcı gücü olmayıb.

Yəni həmin zəlzələlər zəif təkanlarla 3 baldan bir az artıq, ya da əskik olub. Lakin yaxın günlərdə Azərbaycanda güclü zəlzələ ehtimalı yoxdur. Türkiyədə olan kimi güclü zəlzələlər gözlənilmir, lakin xırda təkanlar həmişə var”.//cəbhə.info

Paylaş
Xəbər lentİ