Meyxanaçı Ağakərimin son durumu: "Televiziyada görünmək istəmir"

Oxunma sayı: 346
13-01-2021, 16:46

Meyxanaçı Ağakərimin son durumu: "Televiziyada görünmək istəmir"
Meyxanaçı Ağakərimin bacısı oğlu Rüstəm dayısının səhhətindəki son vəziyyətdən danışıb.

Arasdırma.info xəbər verir ki,Teleqraf.com-a açıqlamasında o, dayısının səhhətində irəliləyiş olmadığını deyib: "Yataq xəstəsidir, səhhətində irəliləyiş yoxdur. Allah nə qədər ömür yazıb, o qədər yaşayacaq. Dörd ildir xəstədir.

Şayiə yayırlar ki, yaddaşı itib, heç kimi tanımır. Halbuki elə deyil. İnsanları tanıyır, sadəcə çox danışmaq istəmir. Bu vəziyyətdə televiziyalarda görünməyi də arzulamır".

Qeyd edək ki, 2017-ci ildə meyxanaçı Ağakərimin (Kərim Novruzov) beyninə qan sızıb.

Meyxanaçı Ağakərimin son durumu: "Televiziyada görünmək istəmir"

Paylaş
Xəbər lentİ