Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb

Oxunma sayı: 303
14-01-2021, 22:29

Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb
Azərbaycan ən xoşbəxt insanların yaşadığı ilk beş ölkə sırasında yer alıb.

Bu barədə Ukraynanın "Demokratik Təşəbbüslər" Fondu və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğusunda deyilir.

Sorğuya əsasən, Azərbaycanda xoşbəxtlik səviyyəsi 76 faiz təşkil edib. Reytinqdə ilk sıralarda Qırğızıstan (85 faiz), Qazaxıstan (78 faiz), Ekvador (77 faiz) və Kolumbiya (77 faiz) yer alıb.

Siyahıda ən son sıralarda Ukrayna (14 faiz), Ermənistan (12 faiz), Honq Konq (7 faiz), Qana (0 faiz) və Şimali Makedoniya (-3 faiz) qərarlaşıb.

Sorğu 41 ölkənin əhalisi arasında keçirilib.

Paylaş
Xəbər lentİ