AQTA-nın keçmiş əməkdaşı rüşvətə görə həbs edildi – RƏSMİ

Oxunma sayı: 286
10-02-2021, 18:16

AQTA-nın keçmiş əməkdaşı rüşvətə görə həbs edildi – RƏSMİ
Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ