Məhkəmə hakimi koronavirusdan vəfat etdi

Oxunma sayı: 342
14-04-2021, 04:02

Məhkəmə hakimi koronavirusdan vəfat etdi
Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusdan dünyasını dəyişib.

Arasdırma.info APA-ya istinadən xəbər verir ki, Rəşid İnqilab oğlu Hüseynov bir müddət əvvəl koronavirusa yoluxub. O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, R. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb. 2008-ci ildən isə hakimlik fəaliyyəti ilə məşğul olub.

Paylaş
Xəbər lentİ