Bakıda bu evlərin qiyməti BAHALAŞDI

Oxunma sayı: 273
28-04-2021, 23:50

Bakıda bu evlərin qiyməti BAHALAŞDI
"Yay mövsümü yaxınlaşdıqca fərdi yaşayış və bağ evlərin kirayəsi də bahalaşır".

Arasdırma.info xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, mart ayında fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 3,58% bahalaşıb.

Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiymətində artım olacağı gözlənilən idi.

N.İbrahimov qeyd edib ki, hər il yay mövsümündə fərdi yaşayış və bağ evlərinə tələbat artdığı üçün kirayə qiymətində də artım olur və bu il də istisna deyil.

Qeyd edək ki, bunun əksinə olaraq mart ayında binalarda olan mənzilərin kirayə qiymətləri ucuzlaşıb. Belə ki, mart ayında Bakıda kirayə mənzil qiymətləri 6.6 faiz ucuzlaşıb. / "Report"

Paylaş
Xəbər lentİ