Bayram Məmmədov intihar etdi

Oxunma sayı: 256
4-05-2021, 22:06

Bayram Məmmədov intihar etdi
Gənc ictimai fəal Bayram Məmmədov intihar edib.

Arasdırma.info Bakupost.az-a istinadla xəbər verir ki, onun meyiti İstanbulda dənizdən çıxarılıb.

Sosial şəbəkədə mərhumun dostlarının yaydığı məlumata görə, B.Məmmədovdan iki gündür xəbər olmayıb. Bu gün axtarışa verilib.

Polis isə dənizdən onun cansız bədəninin tapıldığını bildirib.

İntiharın səbəbi bilinmir.

Qeyd edək ki, 10 il cəza alan B.Məmmədov 2019-cu ilin 17 martında əfv sərəncamı ilə azadlığa çıxmışdı.

Bir müddətdir, Türkiyədə yaşayırdı.

Paylaş
Xəbər lentİ