Dini mərasimlərin zorakılıqla dağıdılması xəbərinə RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 256
5-05-2021, 16:10

Dini mərasimlərin zorakılıqla dağıdılması xəbərinə RƏSMİ AÇIQLAMA
Sosial şəbəkədə bəzi istifadəçilər polisin Sabunçu rayonunda dini mərasimlərin qarşısını aldığı zaman zorakılıq etməsilə bağlı paylaşımlar ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, respublika ərazisində tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.

Keçirilən mərasimlərin məqsədindən asılı olmayaraq, 5 nəfərdən artıq şəxsin bir yerdə cəmlənməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulmasıdır. COVID-19 infeksiyasına yoluxma təhlükəsini nəzərə alaraq, ayrı-ayrı ünvanlarda kütləvi toplaşmalarla müşayət olan halların qarşısı alınıb. Həmin şəxslərin hər birilə profilaktik söhbətlər aparılmaqla, barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Jurnalistlərin peyvəndlənməsi üçün tapşırıq verildi - RƏSMİ
Jurnalistdən müalicəsinə edilən dəstək üçün Azərbaycan Prezidentinə MİNNƏTDARLIQ
Koronavirusa yoluxanlar və ölənlər azaldı - SON STATİSTİKA


İnfeksiya şəraitində hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına və özünütəcrid tədbirlərinə ciddi əməl etməlidir.

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndilimiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Paylaş
Xəbər lentİ