Musa Yaqubun dəfni ilə bağlı ailədə problem yarandı - Kürəkən

Oxunma sayı: 261
7-05-2021, 22:05

Musa Yaqubun dəfni ilə bağlı ailədə problem yarandı - Kürəkən
Xalq şairi Musa Yaqub harada dəfn edilməsi ilə bağlı ailədə problem yaranıb.

Xalq şairinin kürəkəni Faiq Qarayev Teleqraf.com-a açıqlamasında bu haqda məlumat verib: "Bizə aidiyyəti qurumlardan bildirilib ki, Musa Yaqub Birinci Fəxri Xiyabanda dəfn edilsin. Biz buna razıyıq, amma oğlu Şəhriyar atasının Buynuz kəndində dəfn edilməsini istəyir.

O bildirir ki, atası Buynuz kəndində dəfn edilməsini vəsiyyət edib, belə də olacaq. Mən, həyat yoldaşım və bacıları da Şəhriyar Yaqubovu dəstəkləmirik. Musa Yaqubun Birinci Fəxri Xiyabanda dəfn edilməsini istəyirik".

Qeyd edək ki, Musa Yaqub 84 yaşında vəfat edib.

Paylaş
Xəbər lentİ