Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.

Oxunma sayı: 470
22-06-2021, 09:05

Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.
Qarabağ Azərbaycandır layihəsi davam edir.

Müzəffər Ali Baş Komandan, hörmətli Prezidentimiz cənab İlham Əliyev Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra ölkəmizin bütün istedadlı insanlarına çağırış etdi ki, böyük zəfərimizi öz əsərlərində işıqlandırsınlar. Respublikamızın bütün gənc istedadları Prezidentimizin bu çağırışına həvəslə qoşuldular. Gənc yazar Etibar Həsənzadə də bu çağırışa qoşularaq özünün “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsinə start verdi. Və bu günədək qələbəmizlə, qəhrəmanlarımızla, şəhidlərimizlə bağlı şeirlərini və hekayələrini aktyorlarımızın ifasında şəxsi yutub kanalına yükləyir. Layihədə Azərbaycanın görkəmli sənət nümayəndələri – Respublikanın Əməkdar artistləri, aktyorlar, rejissorlar və məktəblilər (44 nəfər) iştirak edirlər. Etibarın “Gözlə bizi Qarabağım”, “Qarabaq Azərbaycandır”, şəhid generalımız Polad Həşimova həsr etdiyi “General gəlir”, “Şəhidlər”, “Xudayar səsi”, “Bayrağım”, “Hadrut fatehi” və s. şeirləri xüsusilə diqqətə layiqdir. Layihə çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrimizn aprel şəhidi Emin Bağırovun həyatı haqqında yazdığı “Mən şəhid olacam, ana” kitabını da uğurlu addım hesab etmək olar. Bu işlərindən əlavə Etibarın vətənpərvər mövzularda yazdığı bir sıra hekayələri və povestləri də var.
1. İlk olaraq 5 mart 2021-ci il tarixində Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov bu layihəyə diqqət göstərdi, layihə haqqında öz fikirlərini söylədi və başda Etibar olmaqla layihənin gənc iştirakçılarını Diplomla təltif etdi.
2. 14 aprel 2021-ci il tarixində isə Bakıda Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB-nın sədri Rada Abbas layihənin açılış təqdimatını etdi və başda Etibar olmaqla layihənin iştirakçılarını “Xarı bülbül” diplomu ilə təltif etdi.
3. Daha sonra qardaş Türkiyənin Anadolu Canatçılar, Şairlər və Ozanlar Birliyinin (ANASAN) Genel Başkanı və UTEF-in Kayseri şöbəsinin başkanı Sabit İnce bəy onlayn olaraq layihəni təqdim etdi və başda Etibar olmaqla bütün layihə iştirakçılarını “Başarı Belgesi” ilə təltif etdi.
4. Kaya Haber Ajansının rəhbəri Zakir Kaya bəy onlayn olaraq layihəni təqdim etdi və başda Etibar olmaqla bütün layihə iştirakçılarını “Başarı Belgesi” ilə təltif etdi.
5. Yozgat Şairlər və Yazarlar dernegi Başkanı Ahmet Sargın Etibarı və bütün layihə iştirakçılarını “Üstün Başarı Belgesi” ilə təltif etdi.
6. Qafqaz Media İB-nin sədri Azadə Hüseynova Etibarı və bütün layihə iştirakçılarını “Xarı bülbül” diploma ilə təltif etdi.
7. Azər KİVHİ-nin və Media Araşdırma Mərkəzinin sədri Çingiz Qurbanoğlu Etibar Həsənzadəni “Ali Baş Komandan” diploma ilə təltif etdi.
8. Qarabağ Əlillərinə Qayğı İB-nin Daşkəsən şöbəsinin sədri Nadir Məmmədov Etibarı və layihədə iştirak edən məktəbliləri diplomla təltif etdi.
9. Başkent Edebiyat Kültür Sanat ve Egitim Dernegi başda Etibar olmaqla bütün layihə iştirakçılarını “Teşekkür Belgesi” ilə təltif etdi.
10. Iyinun 4-də Azərbaycan İraq Mədəni Əlaqələr İB-nin sədri Tahirə xanım Məmmədovanın təşkilatçılığı ilə Etibar Həsənzadənin layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri, aktyorlar rejissorlar və birliyin üzvləri iştirak etmişdilər. Etibar Həsənzadə və layihənin bütün iştirakçıları Fəxri Diplomla təltif edilmişdilər.

Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.
Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.
Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.
Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.
Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.
Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.
Tanınmış yazıçı Etibar Həsənzadə "Qarabağ Azərbaycandır"adlı layihə həyata keçirib.

Paylaş
Xəbər lentİ