“Toyların olmamasına görə ən böyük zərbə Bakı Dövlət Universitetinə dəydi, çünki..."

Oxunma sayı: 242
22-06-2021, 22:59

“Toyların olmamasına görə ən böyük zərbə Bakı Dövlət Universitetinə dəydi, çünki..."
“Sülh dövlətlər arasında müvəqqəti fasilədir, iyirmi ildən sonra müharibə başlasa..."

“Toyların olmamasına görə ən böyük zərbə isə Bakı Dövlət Universitetinə dəydi. Çünki universitetin iki min tələbəsi var və o tələbələr hər gün şadlıq evlərində keçirilən toylarda ofisiant işləyir və gününə 15 manat pul alır”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış bədii qiraətçi Pünhan İsmayıllı deyib. P.İsmayıllı toyların keçirilməməsinin bütün sahələrə ziyan vurduğunu bildirib:

“Toy olmayanda insanlar məhvə gedir. Təkcə Bakı şəhərində üç yüz altmış dənə şadlıq sarayı var. Onun altmışını çıxaq, olsun üç yüz şadlıq sarayı. Bu şadlıq sarayları fəaliyyət göstərəndə hər gün səhər tezdən Bakıya 5-6 min qoyun cəmdəyi gətirilirdi. Bunlar isə rayonlardakı fermer təsərrüfatlarından gətirilir. Təsəvvür edin ki, toy olmayan dövrdə nə qədər ərzaqlarımız satılmadı. Su sexləri qapalı qaldı. Pomidor, xiyarlar yerdə qaldı, alan olmadı. Onu yetişdirənlər pul ala bilmədilər. Təsəvvür edin ki, toy olanda turşunu Zaqatala, Balakən və Qazax zonası ödəyə bilmirdi deyə Azərbaycan Dağıstandan turşu gətirdirdi. Toy olmayan dövrdə isə bunların heç biri olmadı. Şadlıq saraylarında 120 nəfərlik zalda hər gün minimum 10-12 nəfər insan işləyir. Onun neçə nəfəri gözətçilik edir. Toyların olmamasına görə ən böyük zərbə isə Bakı Dövlət Universitetinə dəydi. Çünki universitetin iki min tələbəsi var və o tələbələr hər gün şadlıq evlərində keçirilən toylarda ofisiant işləyir və gününə 15 manat pul alır. Görün şadlıq evlərindən nə qədər adamlar qazanıb, ailəsini saxlayırdı.

Nə qədər evlər satılmadı, qızlarımız gəlin köçə bilmədi, qapılar bağlı qaldı. Gözəllik salonları işləmədi. Hər birimiz istəyirik ki, yanımızda gedən ömür-gün yoldaşımız qəşəng bəzənsin. Qadın gözəl olmalıdır. Qadınlarımız şadlıq saraylarına gedəndə gözəllik salonlarında keçib gedirdilər. Biz bunu deyəndə elə bilirlər ki, musiqiçilərə görə deyirik, amma sadaladıqlarımın heç birinin musiqiyə aidiyyatı yoxdu.

Şadlıq evinin hər bir zalında səkkiz nəfər musiqiçi olur və hər biri 30-40 manat pula lıb ailəsini dolandırır. Görün nə qədər ziyan dəyir. Toyların olmaması bizim məhvimiz deməkdi. 5-6 ildən sonra bizim məktəbə getməyə uşaqlarımız olmayacaq. İki ildi toy olmur və dünyaya körpə gəlmir. Dünyanın işin bilmək olmur. Sülh dövlətlər arasında müvəqqəti fasilədir. İyirmi ildən sonra müharibə başlasa, oğlan uşaqlar doğulmur bəs onda müharibəyə kim gedəcək?! Bir sözlə, toyun olmamasının Azərbaycana çox böyük ziyanı var.

İnşallah iyulun 1-dən toylara icazə verildi və hər şey təzələnəcək. “Vağzalı” səsi eşidiləcək. Qız uşağının ömür boyu arzusu o olub ki, “vağzalı” sədaları altında gəlin köçsün. Elələri oldu ki, pandemiya dövründə musiqisiz ərə getdi. Bu da həyat deyil axı. Ana bir qız böyüdür və arzulayır ki, onu toyla yola salsın”.

Paylaş
Xəbər lentİ