Keçmiş mətbuat katibi HƏBS EDİLDİ

Oxunma sayı: 286
23-06-2021, 23:32

Keçmiş mətbuat katibi HƏBS EDİLDİ

Əvvəllər Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı"nda baş redaktor, daha sonra "Azərxalça"da mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmiş Tural Səfərovun Naxçıvanda həbs edildiyi barədə xəbər yayılıb.

Arasdırma.info Modern.az-a istinadən xəbər verir ki, T.Səfərovun həbsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilmir. Ancaq onun həyat yoldaşı Tural Səfərovun Naxçıvanda həbs edildiyinə dair faktı təsdiqləyib.

Tural Səfərov bu ilin aprelində üç ildir çalışdığı Azərxalça Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəsifəsindən ayrılıb.

Daha sonra az müddətdə "Moderator.az" saytı ilə əməkdaşlıq edib.

Paylaş
Xəbər lentİ