"Patı" qəbul edən gənc küçədə komaya düşdü

Oxunma sayı: 248
16-07-2021, 21:02

"Patı" qəbul edən gənc küçədə komaya düşdü
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə bir gəncin narkotik istifadəçisi olması barədə valideynləri tərəfindən müraciət edilib.

Arasdırma.info "Report"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, verilən məlumat əsasında polis əməkdaşları tərəfindən həmin gəncin narkotik istifadəçisi olub-olmamasını müəyyənləşdirmək üçün onun Narkoloji Mərkəzdə müayinədən keçməsi təmin edilib və laborator analizlərin nəticəsindən sonra həmin gəncin narkotik istifadəçisi olduğu məlum olub.

İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Paylaş
Xəbər lentİ