Keçmiş prokurorun oğlu "patı" satarkən yaxalanıb? - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 252
20-07-2021, 07:42

Keçmiş prokurorun oğlu "patı" satarkən yaxalanıb? - RƏSMİ AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilmişdir.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumat yayıb.

Bununla bağlı qeyd edirik ki, Quba rayon prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməmişdir.

Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəssüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır.

Paylaş
Xəbər lentİ