“Qəzetləri öldürüb, jurnalları yoxa çıxarmısan” – Deputatdan Əli Həsənova HAYQIRIŞ

Oxunma sayı: 229
22-07-2021, 22:58

“Qəzetləri öldürüb, jurnalları yoxa çıxarmısan” – Deputatdan Əli Həsənova HAYQIRIŞ
“Mətbuatın hərəkətverici qüvvəsi qəzetdir. Qəzet isə bu gün tam şəkildə ölüb, qəzet yoxdur. Günah o evləri ədalətsiz bölən Əli Həsənov və onun çevrəsi, Vüqar, Müşviq. Günah onlardadır. Onlar qəzeti öldürdülər.”

Arasdırma.info xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev canlı yayımların birində səsləndirib.

Etibar Əliyev Rusiya praktikasını örnək gətirərək bildirib ki, 100 mindən aşağı tirajla çıxan qəzetin ictimai rəyə heç bir təsiri yoxdur:

“Jurnal yoxdur, publisistika yoxdur”

Etibar Əliyevin çıxışını aydınlaşdırmaq üçün bildirək ki, XX əsrin 90-cı illərində Azərbaycanda qəzetlər tirajlanır və yetərincə oxunurdu. Di gəl ki, “media kurasiyası” Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun əlinə keçəndən sonra sanki jurnalistlərin yazan, oxucuların isə qəzet alan əlləri sındırıldı. Daha doğrusu qəzetlər elə də tirajlanmadı. Səbəb isə “Əli qurumuşların” müxtəlif yollarla mətbu orqanların qazanc mənbələrini dondurması və KİV-ə lazımi vəsait ayırmaması oldu. Reklam verənlərə hədə-qorxu sağlam bazarı bağladı. Məmurların ciblərindən formalaşdırılmış “obşak”lar isə məlum şəxsin cibinə axdı. Sonrakı dövürdə maliyyə yardımını Əlinin “podelnik”i olan KİVDF sədri Vüqar Səfərli də sümürməyə başladı.

Onun bu pulları niyə qəzetlərə ayırmaması, hara xərcləməsi isə sabahkı məhkəmədə dəqiqləşə bilər.

O ki qaldı “Jurnalistlər binası”nda ədalətsiz ev bölgüsünə, kim ki dövlətçilik, azərbaycançılıq prinsiplərini qorumaqla yazır, xalqın mənafeyini güdür, amma Əli Həsənovun qılıncının altından keçmirdi, onlara mənzil verilmirdi. Qələm əhlinin yerinə həmin evlərin açarları müxtəlif mühasib, biznesmen və katibələrə verilirdi. Həmin adamlar isə Əli Həsənovun aldığı “rüşvət leş”inin başına toplanan quzğun məmurların, nəşriyyat rəhbərlərinin yan-yərəsi olan kəslərdir.

Bütün bunlar isə jurnalistikanı zəiflətməyə başladı. Mətbuat aləmi “göbələk sayt və qəzetlərin” ifasında “Göbək rəqsi” meydanına çevrildi.

Deputat Etibar Əliyevin Əli Həsənova bu günkü hayqırışı da “kar-kor-küt” aləmi özündə ehtiva edir.

Paylaş
Xəbər lentİ