600 min insana xəbərdarlıq mesajı göndərildi: "Təhlükə var evdən çıxmayın"

Oxunma sayı: 202
23-07-2021, 18:16

600 min insana xəbərdarlıq mesajı göndərildi: "Təhlükə var evdən çıxmayın"
İngiltərə və Uelsdə Kovid-19 tətbiqindən istifadə edən 600 min nəfərə xəbərdarlıq mesajı göndərilib.

Arasdırma.info xəbər verir ki, mesajda insanlara özünü təcrid etməyin vacibliyi barədə xəbərdarlıq edilib. Məlumata görə, Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım olması hökumətin əhalini xəbərdar etməsinə səbəb olub. Bildirilir ki, minlərlə insan artıq özünü təcrid edib. Bu isə krallıqda işçi qüvvəsi ilə bağlı böyük problemlər yaradır.
İnsanlar işə çıxmadığına görə, mağazalar məhsullarla təmin edilə bilmir. Qıtlıq təhlükəsi yaranıb.

Paylaş
Xəbər lentİ