Atlant İstirahət Mərkəzində rəzalət.

Oxunma sayı: 623
23-07-2021, 23:03

Atlant İstirahət Mərkəzində rəzalət.
Qurban bayramı ərəfəsində insanlar regionlara axın etdi.Havaların isti olması nisbətən sərin olan bölgələrə,eləcə də İstirahət Mərkəzlərinə dincəlməyə gedənlərin sayı həddən artıq çox olub.
Arasdırma.info xəbər verir ki,şimal bölgəsindən verilən məlumata görə hətta həmin günlər hotellərdə yer tapılmayıb.Quba,Qusar,Nabran istiqamətinə gedən vətəndaşların bəziləri şəxsi evlərdə qalmağa məcbur olub.
Bu sıxlıq bir sıra istirahət mərkəzlərinin qiymətlərin qaldırılması və xidmətin səviyyəsinin aşağı olması barədə şikayətlərin olmasına səbəb olub.Belə ki,Nabranda yerləşən Atlant İstirahət Mərkəzi qiymətləri qaldırıb,Bundan başqa əməkdaşlar 20 AZN şirinlik almasalar "yer yoxdu" deyirmişlər.Müştərilərin sözlərinə görə otaqlarda və hovuzlarda antisanitariya hökm sürür.Hazırda da,orada dincələnlər bir gündən artıq qalmaq istəmirlər.Çünki,xidmət çox aşağı səviyyədədir.
Onu qeyd etmək lazımdır ki,2 və 3 otaqlı kotedj 195 manata verilir və bura səhər yeməyi daxildir.(Olmaz o səhər yeməyindən)
Yeməklərə gəlincə isə ən ucuz və keyfiyyətsiz yeməklər verilir.
Vətəndaşın sözlərinə görə,5 nəfər ailə üzvündən nahara görə adambaşı 11 manatdan 55 AZN alınıb.Lakin, bu pulun müqabilində,toyuq əti,makaron,düyü və ucuzlu (4 manatlıq) sosiskadan başqa heç nə olmayıb.Hələ saatlarla olan növbəni saymırıq.Masalrın gec yığışdırılmasını saymırıq.
Xatırladırıq ki,Atlant İstirahət Mərkəzinin sahibi Tahir Qadaşovdur.
Tahir Qadaşov ciblərini doldurmaq üçün müxtəlif üsullarla pul qazanır.Belə ki,İstirahət Mərkəzinin diskotekası,bir neçə restoranı fəaliyyət göstərir.Bu iaşə obyektləri gecələr əxlaqsızlarla dolur.
Əlavə olaraq kənardan gələn şəxslər hovuza adambaşı 13 manat ödəməklə rahat daxil ola bilir.Bu da orada dincələnlərə xoş deyil.
Ailəsiylə gələnlər kənardan gələnlərə görə peşimançılıq çəəkir.Lakin,Tahir Qadaşovun vecinə də deyil.
Bu barədə Xaçmaz rayon polis İdarəsi və İcra Hakimiyyətinə müraciət edilib. İstirahət Mərkəzinə aid olmayanları və əxlaqsızların İstirahət Mərkəzinə buraxılması məhz qazanc məqsədilə edilir.
Şikayətçilərdən birinin sözlərinə görə,ətrafda yerləşən digər İstirahət Mərrkəzlərində vaxt qoyulmiur.Məsələn River İNN Hoteldə 2 nəfərlik otaq 159 AZN olsa da bir gecə və 2 gün hesablanır.Yəni iki gün hovuzdan istifadə etmək olar.
Atlantda isə nə vaxt gəldiyindən asılı olmayaraq,saat 12 də oranı tərk etməlisən.
Kəsəsi,Atlant İstirahət Mərkəzinə getməyin yeri yoxdur.Burada baş verənlər rəzillikdir.Bir dəfə gedən,ikinci dəfə getməz.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ