Kəmaləddin Heydərov maşını saxlatdırıb qarpız satana 500 manat verdi - FOTO

Oxunma sayı: 231
27-07-2021, 18:07

Kəmaləddin Heydərov maşını saxlatdırıb qarpız satana 500 manat verdi - FOTO
“Kəmaləddin Heydərov bir dəfə yoldan keçəndə maşını saxlatdırıb qarpız satan bir kişiyə 500 manat verib, o kişi də mənim xalamın əri olub. İndi bütün kənddə Kəmaləddinin adı "çörəkverən" kişi kimi qalıb”.



Arasd;rma.info xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl sosial mediada yazıb.

“O gün xalamgilə getmişdim. Kəmaləddinin kim olduğunu bunlara izah eləməyə çalışdım, mənə itin sözünü dedilər. Dedilər, o cür gözəl insana şər atırsan. Gecə xalamgildə qalacaqdım, Kəmaləddindən danışandan sonra qoymadılar ki, bizim evdə sənə yer yoxdur. Kəndin bütün say-seçmə kişiləri də yolun qırağında qarpız satır, elə bilirlər Kəmaləddin yenə gələcək” – K.Böyükçöl bildirib. //Pravda.az

Paylaş
Xəbər lentİ