Azyaşlını polisə təhvil verən şəxs körpənin anası ilə ƏLBİR OLUB

Oxunma sayı: 214
1-09-2021, 07:00

Azyaşlını polisə təhvil verən şəxs körpənin anası ilə ƏLBİR OLUB
Xəbər verdiyimiz kimi, avqustun 30-u gecə saatlarında bir nəfər şəxs Gəncə şəhərində xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib.



DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Modern.az-a açıqlamasında bildirib ki, polis əməkdaşları dərhal körpənin qayğısına qalaraq onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.



Qurum rəsmisinin sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, uşağı polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası-Zaqatala rayon sakini Esmira Məmmədova ilə birlikdə uşağı qərarlaşdırdıqları üzrə polisə verib.



Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.

Paylaş
Xəbər lentİ