Tanınmış alim ad günündə vəfat etdi

Oxunma sayı: 216
5-09-2021, 14:19

Tanınmış alim ad günündə vəfat etdi
AMEA-nın alimi, tanınmış tənqidçi vəfat edib.

Arasdırma.info xəbər verir ki, akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi Xanverdi Turaboğlu dünyasını dəyişib.

3 sentyabr 1967-ci il təvəllüdlü alim sentyabrın 3-də, öz doğum günündə həyatını itirib.

O, doğulduğu Cəlilabad rayonunun Maşlıq kəndində dəfn edilib.

X.Turaboğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Paylaş
Xəbər lentİ