Alqış Həsənoğlu əvvəlki işinə qayıtdı - Yenidən baş redaktor oldu

Oxunma sayı: 230
10-09-2021, 19:06

Alqış Həsənoğlu əvvəlki işinə qayıtdı - Yenidən baş redaktor oldu
“Yeni Azərbaycan” qəzetinə yeni baş redaktor təyin edilib.

Bu barədə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında qərar verilib.

İclasda partiyanın təsis etdiyi “Yeni Azərbaycan” qəzetinə filologiya elmləri namizədi Alqış Musayev (Həsənoğlu) baş redaktor təyin edilib.

Xatırladaq ki, qəzetin keçmiş baş redaktoru Hikmət Babaoğlu idi.

Qeyd edək ki, Alqış Həsənoğlu 1997–2008-ci illərdə də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olub.//Qafqazinfo.az

Paylaş
Xəbər lentİ