Sabiq icra başçısı Qoca Səmədov həbsdən buraxıldı

Oxunma sayı: 240
15-09-2021, 20:18

Sabiq icra başçısı Qoca Səmədov həbsdən buraxıldı
Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Qoca Səmədov həbsdən buraxılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.

Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Paylaş
Xəbər lentİ