Salyanda çəkilən bu görüntülər İZLƏNMƏ REKORDLARI QIRIR

Oxunma sayı: 226
16-09-2021, 21:12

Salyanda çəkilən bu görüntülər İZLƏNMƏ REKORDLARI QIRIR
İki gündür sosial şəbəkələrdə ziyarətgahların birindən çəkilmiş video dolaşır. Lakin həmin video ilə bağlı geniş məlumat yoxdur. Görüntülərin nə vaxt qeydə alındığı da bəlli deyil.

Sadəcə görünür ki, bir qadın ortasında deşik olan daşın içərisindən keçmək istəyir. Xeyli əziyyət çəksə də, buna nail ola bilmir. Anlaşılan odur ki, qadın həmin daşı pir kimi qəbul edir.

Bununla bağlı “Yeni Sabah” kiçik araşdırma aparıb. Bəlli olub ki, həmin ziyarətgah Salyan rayonunun Qaraçala qəsəbəsində, Kürovdağın yamacında yerləşir. Vağam adlı bu ziyarət daşı "Vağam" mağarasının qarşısındadır. Üstünü iri daşlar və qaya parçaları örtmüş, hündürlüyü bir metrdən azacıq artıq olan mağaraya daxil olmaq və onun içərisində hərəkət etmək üçün gərək əyilə və dizin-dizin sürünəsən.


Sosial şəbəkə istifadəçiləri qadının bu hərəkətini tənqid edib, belə bir ayinin cahillik olduğunu bildiriblər.

[media=https://www.facebook.com/watch/?v=539421210621466]

Paylaş
Xəbər lentİ