Elza Seyidcahanı döyən iş adamı həbs edildi

Oxunma sayı: 245
30-09-2021, 19:30

Elza Seyidcahanı döyən iş adamı həbs edildi
Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

Arasdırma.info xəbər verir kİ, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, R.Kərimzadə barəsində sentyabrın 29-da 1 aylıq həbs qərarı çıxarılıb. Həbs edilən şəxs aclıq aksiyası keçirir.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R. Kərimzadənin ona zor tətbiq etdiyini bildirmişdi.

Xatırladaq ki, Rüstəm Kərimzadə “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.//publika

Paylaş
Xəbər lentİ