Vaqif Şərifov dəfn edildi

Oxunma sayı: 227
5-10-2021, 23:00

Vaqif Şərifov dəfn edildi

Gəncə Dövlət Dram Teatrının rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib.

Kult.az xəbər verir ki, 78 yaşlı xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

Xalq artisti Vaqif Şərifov son mənzilə yola salınıb.

Xalq artisti ilə vida mərasimi Gəncə Dövlət Dram Teatrında keçirilib. Vida mərasimində mərhumun yaxınları, sənət dostları, aktyorlar, ziyalılar iştirak edib.

***

Xalq artisti Vaqif Şərifov Gəncə şəhər Fəxri xiyabanında dəfn edilib.

Paylaş
Xəbər lentİ