Diqqətli olun:Bakıda yeni dələduzluq növü peyda olub.

Oxunma sayı: 237
13-10-2021, 08:32

Diqqətli olun:Bakıda yeni dələduzluq növü peyda olub.
Son günlərdə sosial şəbəkələrdə dələduzlar peyda olub.
Belə ki,iş axtaran vətəndaşlar sosial şəbəkələrdə elanlardan yararlanmaq üçün müraciət edirlər.
Arasdırma.info xəbər verir ki,ötən gün redaksiyamıza olunan müraciət şok təəssürat yaradıb.1966-cı il təvəllüdlü Kərimova Şəlaləadlı xanım dayəlik etmək üçün elanda olan nömrəyə zəng edib.Elanda yazılanlara görə 5 yaşlı uşağa baxmaq üçün ayda 800 AZN verilməliymiş.Xanımın sözlərinə görə işçi axtaran Nazim adlı 30-35 yaşlarıda bir nəfər elan veribmiş.Bundan başqa ,uşağa baxmaq dayənin evində olmalıymış.İş axtaran Şəlalə xanım Nazimə zəng edir və həmin şəxs dayənin evinə gəlir.Evə baxdıqdan sonra razılaşırlar ki,birinci gündən uşağı gətirəcək.Səhər 8 də gətirib 6-da aparacaqlar.Guya mühüm işdə işlədiyini qeyd edən Nazim heç bir sənəd təqdim etmir.Sadəlövh dayə isə sənəd tələb etmir.
Daha sonra həmin şəxs zəng vuraraq bildirir ki,problem yaranıb,avtomobilini vurub,təcili 50 AZN lazımdır.Siz mənə 50manat verin mən sizə artıqlamasıyla qaytaracam.İş müqaviləmiz də yerində.
Şəlalə xanım pulunun olmadığını qeyd edib və telefon nömrəsini bloka atıb.Bundan sonra redaksiyamıza zəng edərək başına gələn hadisəni danışıb vəvətəndaşları ayıq olmağa çağırıb.

Paylaş
Xəbər lentİ