Məşhur müğənni təyyarə qəzasında öldü

Oxunma sayı: 236
7-11-2021, 04:35

Məşhur müğənni təyyarə qəzasında öldü
Braziliyalı məşhur müğənni Marilia Mendonçanın səyahət etdiyi təyyarə qəzaya uğrayıb.

Arasdırma.info xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı ifaçı qəzada vəfat edib.

“Grammy” mükafatına namizəd olan Mendonçanın olduğu təyyarə Minas Gerais əyalətinə bağlı Piedade de Karatinqa ərazisində yerə çırpılıb. İfaçı ilə yanaşı hava gəmisində yer alan rejissor Henrique Ribeiro, Mendonçanın əmisi və prodüseri Abicieli Silveira Dias Filho, pilot və köməkçisi də ölüb.
Müğənni proqrama qatılmaq üçün bir əyalətdən başqasına gedirmiş. Təyyarənin qəza səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, Mendonça Braziliyanın məşhur ifaçılarındandır. Onun 2 yaşında bir oğlu var.//axsam.az

Paylaş
Xəbər lentİ