İlon Mask iki gündə 50 milyard dollar itirdi

Oxunma sayı: 248
10-11-2021, 23:36

İlon Mask iki gündə 50 milyard dollar itirdi
Amerikalı sahibkar İlon Mask, sahibi olduğu “Tesla”nın səhmlərinin qiymətlərinin düşməsi səbəbindən iki gündə 50 milyard dollardan (təqribən 85 milyard manat) çox itirib.

Belə ki, çərşənbə axşamı Nyu-York Birjasında hərracın bağlanışına qədər “Tesla” səhmləri 16%-dən çox ucuzlaşıb. Bu hal Maskın şənbə günü “Twitter” istifadəçilərinə şirkətdəki 10%-ə çatan payının satılıb-satılmamalı olduğu ilə bağlı sorğu ilə əlaqələndirilir.


O, səsvermənin nəticələri ilə bağlı qərar verəcəyinə söz verib. Sahibkar bildirib ki, maaşı nağd almadığı üçün vergi ödəməyin yeganə yolu səhmlərinin satışıdır.

Xatırladaq ki, “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask tarixdə sərvəti 300 milyard dolları keçən ilk şəxs olub.

Paylaş
Xəbər lentİ