İsrail qırıcıları rus bazasını bombalayıb? - ŞOK İDDİA / FOTO

Oxunma sayı: 234
13-11-2021, 02:54

İsrail qırıcıları rus bazasını bombalayıb? - ŞOK İDDİA / FOTO
İsrail təyyarələrinin Tartusa təşkil etdiyi hücumdan sonra Rusiyanın bölgədəki hərbi bazasından dumanlar yüksəlib.

Arasdırma.info xəbər verir ki, Suriya tərəfi bir müddət əvvəl baş verən hücumun qarşısının alındığını irəli sürüb. Lakin Rusiyaya məxsus hərbi bazadan və onun yaxınlığından dumanların yüksəlməsi bəzi suallar yaradıb. Həmin görüntülər peyk vasitəsilə lentə alınıb. Yerli sakinlər bazanın İsrail təyyarələri tərəfindən vurulduğu iddiasını irəli sürüb.

Rusiyanın Avio.pro portalına açıqlama verən rusiyalı mütəxəssis bildirib ki, bu yanğın dumanı deyil. Ola bilər ki, Rusiya xarici qüvvələrə məxsus təyyarə və gəmilərin ərazidə kəşfiyyat aparmasına mane olmaq üçün belə addım atıb. / Metbuat.az

Paylaş
Xəbər lentİ