Uçan taksilər sayəsində İstanbul ətrafında səyahət daha asan olacaq

Oxunma sayı: 236
13-11-2021, 08:40

Uçan taksilər sayəsində İstanbul ətrafında səyahət daha asan olacaq
Son illərdə sərnişinlərin və yük bağlamalarının daşınması üçün pilotsuz uçuş aparatlarının yaradılmasına külli miqdarda vəsait yatırılıb. Mütəxəssislərin fikrincə, bu cür maşınların bazarı 2035-ci ilə qədər 25 milyard dollara çata bilər.
Arasdırma.info aviatravel.az-a istinadən bildirir ki, bu sahədə baş verənlər barədə ətraflı məlumat Euronews telekanalının reportajında ​​verilir.

"Belə bir maşın nümunəsi eV-TOL şaquli qalxma və eniş təyyarəsidir. Onlar karbon qazı emissiyalarının qarşısını almaq üçün elektrik mühərrikləri ilə təchiz edilmişdir.

Dünyanın 50-dən çox müəssisəsi 20-yə qədər sərnişin daşıya bilən nəqliyyat vasitələrinin bir neçə prototipini hazırlayır. Onlardan biri də Türkiyənin "AirCar" startapıdır. İstanbulda yerləşən bu şirkət 2017-ci ildən bəri şəhər küçələrində tıxac və qaz çirklənməsi problemini həll etməyə çalışır", - deyə məlumatda bildirilir.

Obyekt Silikon Vadisinin Türkiyə ekvivalentində yerləşir və Türkiyənin ən böyük proqram təminatı istehsalçısı ilə əməkdaşlıq edir. Problemin yerüstü həllini gözləmədən şirkət aeronavtikaya müraciət etdi. AirCar-ın əsas məqsədi elektrik mühərrikli pilotsuz uçan taksilərdən ibarət park yaratmaqdır.

Kiçildilmiş prototiplərin minə yaxın testindən sonra bu il tam ölçülü avtomobillərin sınaqlarına başlanılıb. Şirkətin təsisçisi və rəhbəri Eray Altunbozarın sözlərinə görə, sərnişindaşımaya 2025-ci ildən başlanıla bilər.

Bunun üçün bir sıra maneələri dəf etmək lazımdır. Onların arasında gəlirlilik, milli və beynəlxalq hava nəqliyyatı qaydalarına uyğunluq var. Potensial çətinliklərə baxmayaraq, AirCar sərnişin daşımaları bazarında sıçrayış etməyə sadiqdir.

Paylaş
Xəbər lentİ