Moskvada etiraz: polis 1100 nəfərə yaxın aksiyaçını həbs etdi

Oxunma sayı: 486
29-07-2019, 08:28

Moskvada etiraz: polis 1100 nəfərə yaxın aksiyaçını həbs etdi
Ötən gün Rusiya paytaxtı Moskvanın mərkəzində keçirilən icazəsiz etiraz aksiyası zamanı 1000-dən çox adam polis tərəfindən saxlanılıb.

TASS xəbər verir ki, bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb.

"Paytaxtın mərkəzində keçirilən icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb", - deyə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin nümayəndəsi bildirib.

Polisdən əlavə ediblər ki, araşdırmalardan sonra onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək/Report.

Paylaş
Xəbər lentİ