Özəl təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi

Oxunma sayı: 256
26-11-2021, 00:01

Özəl təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi
Türkiyəli iş adamı Ali Ağaoğlunun xaricə külli miqdarda valyuta daşımaq istəməsi barədə iddialar yayılıb.

Arasdırma.info metbuat.aza istinadən xəbər verir ki, iddialara görə, içi dollarla dolu olan iş adamının özəl təyyarəsinin ölkədən çıxmasına F-16 qırıcısı imkan verməyib. Yayılan iddialara cavab verən iş adamı, xəbərləri təkzib edib. O bildirib ki, iddiaların əsası yoxdur. İş adamı özəl təyyarəsinin və xaricdə mülkinin olmadığını bəyan edib.
“Sübut etsinlər” - deyə iş adamı bildirib.
Özəl təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi

Paylaş
Xəbər lentİ