Conson özünü Musa peyğəmbərlə müqayisə etdi: “Bunları dağdan endirmişəm”

Oxunma sayı: 207
26-11-2021, 08:19

Conson özünü Musa peyğəmbərlə müqayisə etdi: “Bunları dağdan endirmişəm”
Böyük Britaniya Baş naziri Boris Conson iş adamları ilə görüşündə etdiyi çıxışı ilə gündəmdədir.

Arasdırma.info xəbər verir ki, çıxışı zamanı qeydlərində yerini itirən Conson fasilə verməli olub və bunun üçün iştirakçılardan üzr istəyərək, “Peppa Pig World” adlı cizgi filminin personajını tərifləyib.

“Toni, dünən hamımızın getməli olduğu “Peppa Pig World”-ə getdim. Nə tapacağımı bilmirdim, amma onu sevdim. “Peppa Pig World” əsl mənim üçün olan yerdir. Küçələr çox təhlükəsizdir, məktəblər nizam-intizamlıdır, ictimai nəqliyyata diqqət yetirilir. Baxmayaraq ki, ata donuz haqqında bəzi stereotiplər görmüşəm. Oraya getməyimin səbəbi Britaniya yaradıcılığının gücü idi”, - baş nazir bildirib.

Conson yaşıl iqtisadiyyat üçün 10 bəndlik planını Bibliyanın 10 ayəsi ilə müqayisə edib. Özünü Musa peyğəmbərlə müqayisə etməsi də gülüş yaradıb.

Britaniya baş naziri yaşıl sənaye inqilabı üçün hazırladığı 10 bəndlik planını Musa peyğəmbərin Sinay dağından gətirdiyi ayələrlə müqayisə edib:

“Hökumət üçün 10 bəndlik plan müəyyən etmişik. Düz bir il əvvəl Sinaydan enəndə hazırladığım yeni 10 illik plan barədə komandamın üzvlərinə dedim ki, siz yeni 10 əmri yerinə yetirəcəksiniz”.//teleqraf

Paylaş
Xəbər lentİ