İstanbulda dəhşət: maşınlar aşdı, evlərin damı qopdu - Video

Oxunma sayı: 275
30-11-2021, 09:08

İstanbulda dəhşət: maşınlar aşdı, evlərin damı qopdu - Video
Türkiyədə əlverişsiz və yağıntılı hava şəraiti davam edir.

Arasdırma.info xəbər verir ki, İstanbulda səhər saatlarından əsən və axşama doğru daha da güclənən külək bir sıra evlərin dam örtüyünü uçurub. Şəhərin bir çox bölgəsində dam örtükləri vətəndaşların və avtomobillərin üzərinə düşüb. İstanbulun Əsənyurd və Sultanqazi rayonlarında baş verən analoji hadisə nəticəsində 4 nəfər həlak olub, 19 nəfər xəsarət alıb.

Əsən güclü külək ölkənin Bursa vilayətində 270 illik çinar ağacını kökündən çıxarıb. Şəhərin Osmanqazi rayonunda evlərin dam örtükləri tramvay xətlərinin və vaqonların üzərinə düşüb. Bu səbəbdən bəzi tramvay reysləri təxirə salınıb. Trabzon-Bursa aviareysi üzrə hərəkət edən “Anadolu Jet” aviaşirkətinə məxsus təyyarə güclü cənub-qərb küləyi səbəbindən Yenişəhər hava limanına enə bilməyib və Ankaraya yönləndirilib.

Ölkə ərazisində yağan güclü yağışlar nəticəsində İzmirdə və Kocaelidə avtomobil və tramvay yollarında böyük gölməçələr yaranıb, bəzi ictimai obyektləri su basıb. Bir sıra qayığa ciddi ziyan dəyib. İstanbul, İzmir, Bursa və digər vilayətlərdə dəniz səfərləri müvəqqəti dayandırılıb. İstanbulun Bosfor boğazı da gəmi keçidləri üçün müvəqqəti bağlanıb.

Hidrometeoroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər. Bu barədə əhaliyə xəbərdarlıq edilib.

***

İstanbulda qasırğa nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O qeyd edib ki, təbii fəlakət nəticəsində 38 nəfər yaralanıb, 4 nəfər həlak olub.

***

İstanbulda küləyin sürəti saatda 130 km-ə çatıb. Dağıntılar, tələfat artmaqdadır.

Türkiyə mediası qasırğada ölənlərin sayının 5-ə qalxdığını bildirib.

***

İstanbul, Kocaeli, Sakarya, Yalova və Bursa güclü külək və və fırtına səbəbindən 30 noyabrda əyani tədris dayandırılıb.//Axar.az

Paylaş
Xəbər lentİ