2022-ci ilin rəngi seçildi - FOTO

Oxunma sayı: 250
10-12-2021, 08:27

2022-ci ilin rəngi seçildi - FOTO
Amerika Pantone Rəng İnstitutunun (Pantone Color Institute) mütəxəssisləri 2022-ci ilin əsas rəngini müəyyən ediblər. Bu, bənövşəyi-qırmızı alt tonu əlavə edilmiş göy çalardır.

“Göy rəngin keyfiyyətlərini bənövşəyi-qırmızı rənglə birləşdirən “Pantone 17-3938 Very Peri” enerjili, şən əhval-ruhiyyəni, həmçinin cəsarətli yaradıcılığa və obrazlılığa təşviq edən dinamik varlığı nümayiş etdirir”, - deyə institutun icraçı direktoru Leatris Eysman bildirib.


Pantone Color Institute - rənglə eksperimental işlərə və onun müxtəlif sənaye sahələrinə (moda, çap, interyer dizaynı, reklam, film və s.) təsirinə həsr olunmuş “Pantone”un tədqiqat mərkəzidir. İnstitut 2000-ci ildən əsas rəngi müəyyənləşdirir.

2021-ci ildə təşkilat bir anda ilin iki əsas rəngini seçmişdi - tünd boz “Pantone 17-5104 Ultimate Grey” və parlaq sarı “Pantone 13-0647 Illuminating”.//Cahantv.az
2022-ci ilin rəngi seçildi - FOTO
2022-ci ilin rəngi seçildi - FOTO
2022-ci ilin rəngi seçildi - FOTO
2022-ci ilin rəngi seçildi - FOTO
2022-ci ilin rəngi seçildi - FOTO
2022-ci ilin rəngi seçildi - FOTO
2022-ci ilin rəngi seçildi - FOTO

Paylaş
Xəbər lentİ