Tramp Putinə zəng etdi: istefa məsələsinin müzakirəsi

Oxunma sayı: 507
14-08-2019, 18:58

Tramp Putinə zəng etdi: istefa məsələsinin müzakirəsi
ABŞ lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı səfiri Conatan Hantsmanın öz vəzifəsindən istefa məsələsini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Tramp telefon danışığı zamanı Putinə Rusiyaya təyin edəcəyi növbəti səfirin adını açıqlayıb.

Peskov, həmçinin, Hantsmanın vəzifədə olduğu dönəmin ABŞ-Rusiya münasibətlərinin çətin dövrünə düşdüyünü bildirib.

Paylaş
Xəbər lentİ