Çin 1 milyard 439 milyon 323 min nəfərlə dünyanın ən çox əhalisi olan ölkəsi olaraq qalır.
Dünya əhalisinin sayı 2022-ci ilə qədər 7,8 milyarda çatacaq.
Arasdırma.info APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.
Məlumata görə, 2021-ci ildə dünya əhalisi 0,9 faiz artıb, yəni 74 milyon nəfər artıb.
Bununla yanaşı o da qeyd edilib ki, 2022-ci ildə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm hadisəsi gözlənilir.
Çin 1 milyard 439 milyon 323 min nəfərlə dünyanın ən çox əhalisi olan ölkəsi olaraq qalır. 2-ci yerdə isə 1 milyard 380 milyon 4 min nəfərlə Hindistan gəlir.
Bununla belə, yayılan məlumatda Hindistanın 2025-ci ildə Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəyə çevriləcəyi bildirilir.
Hazırda ABŞ dünya əhalisinə görə üçüncü yerdədir. TÜİK-in 2020-ci il məlumatlarına görə Türkiyə 83 milyon 384 min əhalisi ilə dünyada 19-cu yerdə qərarlaşıb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70