Çoxdan axtarılan ölümsüzlüyün dərmanı tapılıb,amma milyarderlər üçündür.

Oxunma sayı: 220
3-01-2022, 08:50

Çoxdan axtarılan ölümsüzlüyün dərmanı tapılıb,amma milyarderlər üçündür.
Son zamanlar dünyanın aparıcı iş adamlarının gündəminə gələn ölümsüzlük məsələsi böyük müzakirələrə səbəb olub.

Arasdırma.info xəbər verir ki, öncə Jeff Bezosun ölümsüzlük araşdırması barədə verdiyi açıqlama, daha sonra məşhur kripto valyuta marketoloqu Brayan Armstronqun ölümsüzlüyü tapmaq üçün qollarını çırmalaması bu qəribə iddianı yenidən gündəmə gətirib.

İddiaya görə, ölümsüzlüyün çarəsi tapılıb, amma insanlardan gizlədilir. Tədricən gündəmə gətirilən bu məsələnin gələcəyə hazırlıq olduğu deyilib.



Milyarder iş adamı İlon Maska da bununla bağlı sual verilib. Qatıldığı bir tədbirdə jurnalistin “Qocalmağı düşünmürsünüz, yoxsa bizim bilmədiyimiz gizli texnologiya var?” sualına Maskın cavabı belə olub: “Mən yaşlanma ilə mübarizə üçün hansısa gizli texnologiyanın olmasından xəbərsizəm. Həqiqətən çox uzun müddət yaşamaq üçün səy göstərməliyikmi? Bilmirəm”.


Jeff Bezos yaşlanma əleyhinə texnologiyalara sərmayə qoyan iş adamları arasındadır. Bezosun yaşlanmaya qarşı mübarizə aparan “Altos Labs” adlı startapına sərmayə qoyması xəbərindən sonra Mask Tvitterdə rəqibini ələ salan paylaşım edib.

“Əgər bu işə yaramasa, Bezos ölümü məhkəməyə verəcək”, - iş adamı bildirib.

Bu iddia ilə bağlı hələlik konkret gəlişmə olmasa da, eşidənləri ürkütməyə bəs edir.//teleqraf.com

Paylaş
Xəbər lentİ