Amerikadan olan bir yaşlı Celayn Sazerland qeyri-adi fotosessiyanın qəhrəmanı olub.
Belə ki, anası ona ağ parik və mirvari taxaraq, həmçinin mavi palto geyindirərək Britaniya Kraliçası II Elizabetə bənzədib.
Bununla bağlı paylaşılan fotolarda qızın yanında korqilər də görünür. Ehtimal ki, məhz bu itlər anaya belə bir fotosessiya üçün ideya verib.
Qadın məktubun ünvana çatacağına ümid etməsə də, şəkilləri Bukingem sarayına göndərib. O, hər zaman kral ailəsinin pərəstişkarı olduğunu və bu yolla Əlahəzrətin diqqətini çəkməyə çalışmaq qərarına gəldiyini vurğulayıb.
Lakin ailənin gözləntisinin əksinə olaraq kraliçanın özünün imzası ilə saraydan məktub gəlib. Mətndə II Elizabetin şəkillərə məmnuniyyətlə baxdığı və ideyanı yüksək qiymətləndirdiyi bildirilib. Kraliça həmçinin ailəyə xoşbəxt Yeni il diləklərini çatdırıb.//Cahantv.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70