“Biz Qazaxıstanın taleyinə biganə deyilik. Atam orada doğulub, babamın qardaşı orada dəfn olunub. Qardaş Qazax xalqı ən çətin anlarımızda bizə sığınacaq verib”.
Arasdırma.info xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
O, Qazax xalqını təxribatçılara qoşulmamağa çağırıb:
“Qazın qiymətinə görə insanlar küçələrə çıxdı: məhv edirlər, öldürürlər. Nə üçün aqressiv davranmaq lazımdır? Polisləri döyürlər. Cinayətlər törədirlər və buna görə sonra cəzalandırılacaqlar. Müharibə heç vaxt yaxşılığa aparmır, müharibə məhv edir və öldürür… Bu etirazların başında duranlardan xahiş edirəm, dayansınlar. Uca Allahdan qorxun, axirətdə buna görə cavab verəcəksiniz”.//konkret.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70