Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanda etirazçıları hərbçilərdən üzr istəməyə və hakimiyyətlə danışıqlar aparmağa çağırıb.
"Mən belarusların adından bu etirazçılara müraciət etmək istərdim. Onlara sadəcə olaraq bunu deyərdim: bir az hay-küy salmısınız, qışqırmısınız, bəsdir, danışıqlar aparmaq lazımdır. Siz (Qazaxıstan prezidenti Kasım-Jomart) Tokayevlə razılaşa bilərsiniz... Gedib diz çöküb hərbçilərdən üzr istəmək lazımdır ki, əmələ gələn çatlar düzəlsin”, - Lukaşenkonun mətbuat xidmətinə yaxın olan "Pul Pervoqo” Telegram-kanalı onun sözlərindən sitat gətirir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70