Cinayət aləminin liderlərindən olan "Lotu Quli" ləqəbli Nadir Səlifovun "Kabus" ləqəbli Rövşən Canıyevin adamları tərəfindən qətlə yetirilməsi ilə bağlı istintaq başa çatıb. İki qrup liderinin Rusiyadan başlayan qanlı rəqabətləri onların məzar daşlarında da əks olunub.
Arasdırma.info xəbər verir ki, qanuni oğruların məzarüstü məqbərələri Türkiyə mətbuatının müzakirə mövzusuna çevrilib. Belə ki, "Onlar məzarda da rəqabət apardılar" başlıqlı xəbərdə bununla bağlı fikirlər öz əksini tapmışdır:
"2016-cı ildə Beşiktaşda öldürülən Rövşən Canıyevin cənazəsi doğulduğu Azərbaycana göndərilərkən minlərlə insan onu qarşılayıb. Doğulduğu Lənkəran şəhərində böyük məqbərə tikilib, heykəli ucaldılıb. Ondan düz 4 il sonra öldürülən Nadir Səlifov İstanbul Büyükçekmecedə dəfn edilib. Səlifov üçün ailəsi və tərəfdaşları Böyükçəkməcədəki qəbiristanlıqda böyük bir abidə tikdirərək büst qoyublar".//32.gun
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70