Kadırov Rusiyaya müraciət etdi: Bu jurnalisti həbs edin!

Oxunma sayı: 239
25-01-2022, 08:48

Kadırov Rusiyaya müraciət etdi: Bu jurnalisti həbs edin!
Çeçenistan lideri Ramzan Kadırov hüquq-mühafizə orqanlarına İşgəncələrə qarşı Komitənin rəhbəri İqor Kalyapin və “Novaya qazeta”nın jurnalisti Yelena Milaşinanı saxlamaqla bağlı müraciət edib.

Arasdırma.info xəbər verir ki, bununla bağlı Kadırov özünün Teleqram səhifəsində yazıb.

“Əgər Rusiyada hüquq-mühafizə orqanları varsa, o zaman onlara müraciət edirəm. Terrorçularla əlbir olanları saxlasınlar. Sübutlar müstəqil kanallardakı jurnalist araşdırmalarının materiallarındadır”, - Kadırov bildirib.

Onun sözlərinə görə, Çeçenistan Respublikası və çeçenlər mövzusundan pul qazanan, ssenarilər hazırlayanlar onun üçün terrorçudur.//axar.az

Paylaş
Xəbər lentİ