Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı 17 nəfər yaralanıb, ölən var

Oxunma sayı: 213
27-01-2022, 22:42

Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı 17 nəfər yaralanıb, ölən var
Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.

Arasdırma.info xəbər verir ki, bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.

Silahlı insidentdə 17 nəfər yaralanıb. Belə ki, Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.

Qırğızıstanın Səhiyyə Nazirliyi öz növbəsində bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.

Tacikistanın İsfara şəhər merinin köməkçisi güllə yarası alıb.//report

Paylaş
Xəbər lentİ